Digər
Mənbə
ANS PRESS
Gənc oğlanın təmir etdiyi tablet bir anda alovladı (VİDEO)
Yeniyetmə gəncin tableti təmir etmək cəhdi yanğına səbəb olub.
ANS PRESS-in məlumatına görə, gənc oğlan əlindəki vint açanla cihazı təmir etməyə çalışıb. Ancaq onun bu cəhdi təxmin etdiyi qədər asan olmayıb.
Vint açanla tableti açmaq istəyən gənc əvvəlcə özünü yaralayıb. Amma əməlindən əl çəkməyən yeniyetmə tableti sökməyə davam edib.
Daha sonra cihazı sökməyi bacaran oğlan tabletin içərisindəki mikrosxemləri qurdalayıb. Fərasətsiz gənc sonda tabletin alovlanmasına səbəb olub.
Yanğının baş verməsindən qorxan oğlan əlindəki tableti yerə ataraq onu söndürməyə çalışıb.
Həmin görüntüləri sizə təqdim edirik:
ANS PRESS