“Gənc əkinçi” layihəsinə start verilir
Bakı, 3 mart,
AZƏRTAC
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Gənc əkinçi” layihəsinə start verir.
Birlikdən
AZƏRTAC-a bildiriblər ki, təlimlər cari ildə İsmayıllı şəhərinin “Gənclər paytaxtı” elan edilməsi nəzərə alınaraq martın 12-15-də məhz bu rayonda keçiriləcək.
Layihədən məqsəd Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır. Ümumilikdə layihədə 30 gənc jurnalistin iştirakı planlaşdırılır. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşəkar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcək.
Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırılması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.
Qeyd edək ki, təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin KİV-də təcrübə proqramlarına qatılması və həmin media orqanları ilə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.