Ölkə
AZƏRTAC
Füzulili qadınlar dövlət qulluğunda və bələdiyyələrdə uğurla təmsil olunurlar
Füzuli, 8 mart,
AZƏRTAC
Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Qadınlar dövlət qulluğunda və bələdiyyələrdə uğurla təmsil olunurlar.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Horadiz şəhərində Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib.
Tədbirdə qadınlara göstərilən diqqət və qayğıdan danışılıb, onların ictimai-siyasi fəallığı, rayonun sosial-iqtisadi və mədəni həyatında rolu yüksək dəyərləndirilib.
Mərasimdə fəal qadınların bir qrupuna fəxri fərman və Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.