Dünya

Fransanın Koreyaya Respublikasına 300 helikopter satması barədə razılıq əldə edilib

Metbuat.az

Paris, 17 mart ,

AZƏRTAC

Fransanın Koreyaya Respublikasına 300 ədəd mülki və döyüş Airbus tipli helikopterin satması barədə ümumi razılıq əldə olunub. Bu barədə Şimali Asiyadakı Airbus- helikopter ofisinin vitse-prezidenti məlumat yayıb.


Məlumatda qeyd olunur ki, helikopterlər Koreya Respublikasının Aerospase sənaye komitəsinin birgə tərəfdaşlığı ilə istehsal olunacaq.


Vitse-prezident artıq Koreya tərəfi ilə 1,5 milyard avro dəyərində müqavilənin yaxın bir həftədə imzalanacaqı haqda razılıq əldə edildiyini diqqətə çatdırıb.


Helikopterlərin istehsalının 2021-2022-ci illərdə nəzərdə tutulduğu bəyan edilib.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris