Dünya
Mənbə
ANS PRESS
Fransadan İrana nüvə məsləhəti
İranın nüvə proqramı ilə bağlı razılaşma bu ayın sonunadək əldə oluna bilər. Bunun üçün danışıqlarda xeyli irəliləyişlər olmalıdır.
ANS PRESS-in məlumatına görə, bunu Fransanın xarici işlər naziri Laurent Fabius deyib.
O, BMT-nin Nyu-Yorkdakı baş qərargahında bildirib ki, İranla danışıqlara qoşulmaq üçün Nyu-Yorkdan İsveçrəyə yola düşəcək.
Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iki gün əvvəl İsveçrənin Luzanna şəhərində danışıqlar aparıblar. Tərəflər martın 31-dək çərçivə razılaşması əldə etməlidirlər. Danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.
Mənbə
ANS PRESS