Digər

Fransada təyyarə qəzası

Metbuat.az

Fransada sərnişin təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə Düsserdolfdan Barselonaya uçub.



"Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. İlkin məlumata görə, qəza Fransanın cənubunda qeydə alınıb.



Fransanın baş naziri qəzanın baş verdiyini təsdiqləyib. Ölkənin xarici işlər naziri Bernar Kaznev qəza baş verən əraziyə yola düşüb.



Qəzaya uğrayan təyyarə "Germanwings" şirkətinə məxsus olub. Hələlik qəzanın səbəbləri bəlli deyil.



Mənbə
ANS PRESS