Dünya
Fransada qəzaya uğrayan «Airbus A320» təyyarəsinin birinci “qara qutu”su tapılıb
[ 24 Mart 2015 20:30 ]
Bakı-APA. Fransanın cənubunda «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə, bu barədə France Info radiostansiyasına hadisənin baş verdiyi Yuxarı Provans departamentini Fransa parlamentdə təmsil edən Kristof Kastane bildirib.