Dünya

Fransada əyalət seçkilərinin ikinci turu keçirilib

Metbuat.az

Paris, 30 mart,

AZƏRTAC

Martın 29-da Fransada əyalət seçkilərinin ikinci turu keçirilib.


Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərdə 42 milyon nəfər, yəni seçicilərin 41,49 faizi iştirak edib. Fransada 2011-ci ildə keçirilmiş əyalət seçkiləri ilə müqayisədə seçicilərin fəallığı bir qədər azalıb. Ölkənin Ot-Korsika əyalətində seçicilərin xüsusi fəallığı müşahidə edilib. Burada seçicilərin 64,84 faizi səsvermədə iştirak edib. Ən aşağı göstərici isə dənizətrafı bölgədə yerləşən Reunyonda qeydə alınıb - 39,45 faiz.


Martın 22-də keçirilən birinci turda olduğu kimi, keçmiş prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi Xalq Hərkatı Birliyi Uğrunda Partiyası (UMP) bir çox əyalətlərdə qələbə qazanıb. İqtidarda olan Sosialist Partiyası (PS) Korrez, Pa-de-Kale, Cot d’Armor əyalətlərində müvəfəqiyyətsizliyə uğrayıb.


Səslər hesablanarkən sağların (UMP) 70, PS-nin 37, Milli Cəbhə Partiyasının isə iki əyalətdə qələbə qazandığı bəyan edilib.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris