Dünya

Fransada 9 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Metbuat.az

Paris, 11 mart,

AZƏRTAC

Fransanın Yon departamentinin Avollon şəhəri yaxınlığından keçən yolda oğurluq hadisəsi baş verib. On beş nəfərdən ibarət silahlı dəstə zinət əşyaları aparan iki zirehli maşına hücum edərək doqquz milyon avro dəyərində qiymətli daş-qaşı ələ keçirərək naməlum istiqamətdə hərəkət ediblər.


Hadisə zamanı heç kim xəsarət almayıb.


Polis cinayətkarların izinə düşüb.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris