Dünya
Fransa Prezidenti, Almaniya Kansleri və İspaniyanın Baş naziri təyyarənin qəzaya uğradığı yerə baş çəkəcəklər
Bakı, 25 mart,
AZƏRTACAlmaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İspaniyanın Baş naziri Mariano Raxoy А320 təyyarəsinin qəzaya uğradığı yerə baş çəkəcəklər.
Bir qədər sonra ərazidə axtarış işləri bərpa olunacaq.
Xatırladaq ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi ötən gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 150 nəfərin heç biri sağ qalmayıb.