Ölkə

FHN-dən intihara cəhdlə bağlı MƏLUMAT

Metbuat.az

Fövqəladə Hallar Nazirliyi intihara cəhdlə bağlı xəbər yayıb.

Lent.az-ın nazirliyə istinadən məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyatı qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyir. Xilasedicilər həmin mənzilə daxil olub, suisidentlə müvafiq danışıqlar aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək yaxalayıb.