Ölkə
FHN Akademiyasının kursanları yüksək nəticə əldə ediblər
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında yüksək nəticələr əldə edib.
Lent.az-ın məlumatına görə, idmanın sərbəst güləş növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Fətulla Mustafayev 75 kq çəki dərəcəsində çempion olub, Nurlan Salahov isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.