Ölkə
FHN Ağdamda məktəblini xilas etdi
Azərbaycan, Bakı, 26 mart /Trend/
Ağdamda məktəblinin ayağına dəmir parçası batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində məktəblinin ayağına dəmir parçası batıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər məktəblini xilas edib və Təcili Tibbi Yardım stansiyasına təhvil verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az