Dünya

Ferqüson şəhərinin siti-meneceri istefa verib

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

2014-cü ilin avqust ayında irqi diskriminasiyalara qarşı kütləvi etiraz aksiyalarının keçirildiyi Amerikanın Ferqüson şəhərinin rəhbəri Con Şou istefa verib.


AZƏRTAC

The New York Times qəzetinə istinadla xəbər verir ki, məmurun istefa qərarı şəhər şurasının iclasında elan edilib. 2007-ci ildən bəri Ferqüsonun siti-meneceri postunda çalışan 39 yaşlı Con Şou şəhərdə ən nüfuzlu şəxs sayılırdı.


Bir qədər əvvəl ABŞ-ın Ədliyyə Nazirliyi Ferqüson şəhər polisinin qaradərili sakinlərə şübhə ilə yanaşdığını və onların hüquqlarını sistematik olaraq pozduğunu müəyyən edib. Nazirliyin məruzəsinə əsasən, qanun keşikçiləri qaradərili insanlara qarşı aşırı güc tətbiq edib və qərəzli yoxlamalar aparıb.