İdman

"Fənərbağça" prezidenti futbolçusunu hədələdi

Metbuat.az

“Fənərbağça” klubun prezidenti Əziz Yıldırım  Emenikeni hədələyib. Lent.az-ın "Fotomaç" qəzetinə istinadən məlumatına görə, “Beşiktaş”la oynanılan qarşılaşmanın birinci hissəsində Emenikenin “Fənərbaxça” formasını çıxartması Əziz Yıldırımı çox qəzəbləndirib. Qələbə qazanılmasına baxmayaraq oyun bitdikdən sonra Ə.Yıldırım nigeriyalı hücumçunun menecerinə zəng edərək Emenikenin özünü yığışdırmasını istəyib. O, heç bir futbolçusunun “Fənərbaxça” formasını istədiyi vaxt çıxarıb, istədiyi vaxt geyinə bilməcəyini vurğulayıb. Klub prezidenti futbolçunun özünü düzəltməməsi halında onun futbol həyatını sonlandıracağını deyib.  Aziz Yıldırım hücumcuya Krasic və Orteqa misalını çəkərək onu hədələyib.