Dünya
AZƏRTAC
“Facebook” pulköçürmə xidmətini işə salıb
Bakı, 18 mart,
AZƏRTAC“Facebook” sosial şəbəkəsi martın 17-də pulköçürmə xidmətini istifadəyə verib.
AZƏRTAC
xəbər verir ki, sözügedən xidmət nəticəsində “Facebook” mobil messencerində istifadəçilər pullarını saxlaya, onları başqa istifadəçilərə göndərə, həmçinin bank kartına köçürə bilərlər. Sosial şəbəkə bu xidməti işə salmaq üçün İrlandiyanın Mərkəzi Bankı ilə danışıqlar aparıb.
Bir neçə ay sonra “Facebook”un köməyi ilə pulköçürməsi ABŞ-da əlçatan olacaq.