“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq
Naxçıvan, 18 mart, Rauf Əliyev,
AZƏRTAC“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan məktəblilər martın 18-də “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, tanışlıq zamanı şagirdlərə Əshabi-Kəhfin sirli tarixi barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən şagirdlər ziyarətgahı gəzərək, nəhəng dağı heyranlıqla seyr etdilər.