Dünya
Anspress
Milli.Az
Əsəddən yeni ittiham
Suriya prezidenti: "Qərb Suriyada və Ukraynada eyni ssenari üzrə işləyir"
Ukraynada baş verən hadisələrlə Suriya böhranı arasında əlaqə və oxşarlıq var.
Anspress
-in məlumatına görə, bunu Suriya prezidenti
Bəşər Əsədbildirib.
O deyib ki, hər iki ölkə Rusiya üçün mühüm əhəmiyyət kəsb edir və hər iki ölkədə baş verən hadisələrin hədəfi Rusiyanı zəiflətmək və kukla dövlətləri yaratmaqdır: "Qərb Suriyanın və Ukraynanın işlərinə qarışaraq eyni ssenari üzrə hərəkət edir."
Prezident jurnalistlərlə söhbətində vurğulayıb ki, Qərbin Suriyada hakimiyyəti dəyişmək cəhdləri onilliklərlə davam edir. Mən ölkə rəhbəri kimi Suriyaya edilən kənar təsirlərə qarşı duracağam. Çünki istənilən dövlətin və onun rəhbərinin vəzifəsi xalqın və ölkənin maraqlarını müdafiə etməkdir. Sözsüz ki, dövlətin rolu bu maraqları reallaşdırmaqdan ibarətdir.
Milli.Az