Dünya

Əsəd vəhhabiləri suçladı

Metbuat.az

Suriya dövlət başçısı Amerika Birləşmiş Ştatlarını və Səudiyyə Ərəbistanını ittiham etdi.



ANS PRESS-in məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd bu barədə Amerikanın “CBS” televiziyasına müsahibəsi zamanı danışıb.



B.Əsəd ABŞ-ın rəhbərliyi ilə ölkəsində həyata keçirilən anti-İŞİD koalisiyası hücumlarından söz açıb. O, müəyyən mənada koalisiyanın yararı olduğunu bildirsə də, ümumən bu kampaniyanın başlamasından bəri İŞİD-in də sıralarına qoşulanların artdığını deyib. Onun sözlərinə görə, hər ay Suriyadan terror qruplaşmasına minlərlə adam qatılır. İraq və Liviyaya da şaxələnir.



Müsahibə əsnasında Səudiyyə Ərəbistanını suçlayan Əsəd, İŞİD-in Səud krallığının vəhhabi ideologiyasına əsasən fəaliyyət göstərdiyinə də diqqət çəkib.



Bundan başqa o, bi neçə gün əvvəl ABŞ-la dialoqa hazır olmaq barədə söylədiyi fikri yenidən təkrarlayıb.

Mənbə
ANS PRESS