Dünya

Ermənistanın idman naziri: “Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməliyik”

Metbuat.az

[ 06 Mart 2015 16:21 ]


Bakı – APA. “Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.

“Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdir. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib.