Dünya

Ermənistanı zəlzələ silkələdi

Metbuat.az

Martın 24-də yerli vaxtla saat 20.01-də Ermənistan ərazisində maqnitudası 3,7 olan zəlzələ baş verib.



Yeraltı təkanların episentri respublikanın şimalında qeydə alınıb.

APA

-nın NEWS.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan FHN-in saytında bildirilib. Məlumata görə, 10 km dərinlikdə qeydə alınan zəlzələnin episentrinin koordinatları - 40.98 şimal eni, 44.21 şərq uzunluğudur.


 


Episentrdə zəlzələnin gücü 4-5 bal olub. 


 


Yeraltı təkanlar Stepanavan şəhərində və ətraf kəndlərdə 4-5 bal gücündə hiss olunub.



Milli.Az