Digər

Ermənistanda həftənin üç günü etiraz aksiyası keçiriləcək

Metbuat.az

[ 14 Mart 2015 19:16 ]



Bakı. Ağa Cəfərli-APA. Ermənistanın “Nairit” kimya zavodunun keçmiş əməkdaşları hər həftənin bazar ertəsi, cümə axşamı və şənbə günü Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək haqqında düşünürlər.  

APA-nın armtoday.info saytına istinadən verdiyi məlumata görə, onlar bu addımı hakimiyyətin keçmiş işçiləri unutmaması üçün atacaqlarını bildiriblər.

Onlar prezidenti qarşılamaq üçün bazar ertəsi səhər 09:00-da Baqramyan prospekti və Dəmirçiyan küçəsində toplaşmaq niyyətindədirlər.