Digər

Ermənistan ordusunun növbəti təxribat qrupu məhv edildi - FOTO

Metbuat.az

Martın 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.



Milli.Az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.



Döyüşdə bir hərbi qulluqçumuz çavuş

Zahidov Dəyanət Mehman oğlu

sağ əlindən yüngül yaralanıb.



Milli.Az