Dünya

Ermənipərəst qadın belə "sındı"

Metbuat.az

1915-ci ildə Türkiyədə assuriyaların soyqırımına məruz qaldığını iddia edən fransalı deputat Valeri Buaye plagiatda ittiham olunub.



Yerli mətbuat bu il martın 11-də V. Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edən V. Buayenin müvafiq bilgilərin hamısını internetdən, “Wikipedia”dan götürdüyünü iddia edib.



Fransanın aparıcı KİV-ləri deputatın “plagiat”ını foto və linklərlə sübut ediblər.



Qeyd edək ki, bu il martın 11-də “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi V. Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edib. Qanun layihəsində “Pontik yunanların soyqırımı”, “1916-cı ilin Says Piko sazişi və Diyarbəkir qətliamları” və “1923-cü il Lozanna sazişi” kimi məsələlər yer alıb.

Mənbə
APA