İdman

Ermənilərin Bakı qorxusu

Metbuat.az

Üçqat Olimpiya çempionu, dördqat dünya çempionu, Ermənistan Gimnastika Federasiyasının hazırkı prezidenti Albert Azaryan Bakıda keçiriləcək Avropa Oyunlarlında iştirakın əleyhinədir.



ANS PRESS-in news.am saytına istinadən verdiyi məlumata görə, erməni idmançıların Bakıya gəlmələri ilə bağlı erməni rəhbərliyi arasında fikir ayrılığı var. Erməni idman naziri Qabriel Kazaryan erməni idmançıların Bakıya getmələrinin vacibliyini bildirib. Yunan-Roma güləşi üzrə erməniyığmasının baş məşqçisi Levon Culfalakyan isə Bakıda iştirakın əleyhinə olduğunu bildirib.



"Mən erməni idmançıların Bakıdakı Avropa Oyunlarında iştirakının əleyhinəyəm. Bizim Azərbaycanla gərgin münasibətlərimiz var. Bundan başqa bizim idmançılarımızın Bakıda iştirakı mənasızdır", - deyə Albert Azaryan bildirib.



Qeyd edək ki, tarixdə ilk dəfə Avropa Oyunları bu ilin yay aylarında Bakıda təşkil ediləcək. Ermənilərin bu oyunlarda iştirak edib-ertməyəcəyinə bu gün aydınlıq gələcəyi gözlənilir. Azərbaycan tərəfi bütün iştirakçı dövlət idmançılarının təhlükəsizliyinə tam zəmanət verib,

Mənbə
ANS PRESS