Ölkə
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar Böyük Qətər Məscidində pislənilib
Bakı, 12 mart,
AZƏRTACQətərin ən böyük məscidi hesab edilən Böyük Qətər Məscidində cümə xütbəsi zamanı Xocalı faciəsi haqqında məlumat verilib, soyqırımı qurbanlarının ruhuna rəhmət oxunub.
Azərbaycanın Qətərdəki səfirliyindən
AZƏRTAC-a bildiriblər ki,
eyni zamanda, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qətliamlar qəti şəkildə pislənilib.
Qeyd edək ki, Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevin Beynəlxalq Müsəlman Alimləri Birliyinin direktoru professor Ali Alqaradaghi ilə keçirdiyi görüşün bu işdə böyük rolu olub.