Erməni "soyqırımına" zərbə
Qondarma erməni soyqırımı ilə bağlı ermənilərə daha bir zərbə. ANS PRESS-in məlumatına görə, ABŞ-da ticarət mərkəzlərindən birində qondarma soyqırıma aid emblemlər oan köynəklərin satışına qadağa qoyulub.
Bu fakt Qlendeyl şəhərindəki "Americana" ticarət mərkəzində qeydə alınıb. Satışla məşğul olmaq istəyənlər "R-Mean" adlı reper və dostları olub.
Gənclər sayt vasitəsilə üzərində simvolika olan geyim, papaq, eləcə də iPhone üçün çexollar satırdı. İddiaya görə, satılan malların üzərində "soyqırım" sözü yox "1915, 2015" yazısı və "Biz hələ də burdayıq" sözləri olub. Məhz bu erməni diasporasını əsəbləşdirib.
Sahibkarların sözlərinə görə, onlar mağaza barədə əvvəlcədən razılıq əldə ediblər. Ticarət mərkəzi ilə bağlanan müqavilədə üzərində simvolika olan geyimlərin satılıb-satılmaması ilə bağlı hər hansı qadağa olmadığı qeyd edilib. Orada ancaq pornoqrafiq materiallar, narkotik kimi malların satışına qadağa var.
Mənbə
ANS PRESS