Ölkə

Erməni komandirlər təşvişdə

Metbuat.az

Son vaxtlar Ermənistanda baş verən hadisələr, eləcə də cəbhə xəttində ermənilərin verdiyi itkilər nəinki cəmiyyətdə, eləcə də orduda birmənalı qarşılanmır və təşviş, çaxnaşma yaradıb. Bu proseslərin get-gedə güclənməsindən və genişlənməsindən ehtiyatlanan hakimiyyət müxtəlif metodlara əl atmaq qərarına gəlib.



ANS PRESS-in məlumatına görə, ötən gün bir qrup komandir heyəti Ermənistanın Müdafiə Nazirliyinə toplaşıb operativ müşavirə keçiriblər. Müzakirələr zamanı regiondakı vəziyyət, terrorizmlə mübarizə, bölgədə sülh prosesinin bərpası yolları, hərbi-siyasi vəziyyət haqqında danışılıb.



Görüşdə müdafiə naziri Seyran Oqanyan, baş nazirin müavini Vaçe Qabrielyan, Baş Qərargah rəisi Yuri Xaçaturov, xarici işlər nazirinin müavini Şavarş Koçaryan, müdafiə nazirinin müavini David Tonoyan iştirak və çıxış ediblər.



Onlar ölkə daxilindəki süstlükdən, insanların ümidlərinin ölməsindən və ölkənin gələcəyindən pessimizmə qapılanların sayının artmasından əndişyə etdiklərini bildirib, yaranmış vəziyyətdən çıxış yolunun çətin olduğunu etiraf ediblər.



Burada həmçinin martın 26-dək davam edəcək yerli hərbi sənayenin nümunələrinin sərgisi təşkil edilib. İştirakçılar xüsusi silahlarla tanış olub, hərbi texnika, müasir əlaqə vasitələrinə baxıblar.



Maraqlıdır, görəsən, özünü saxlamağa gücü çatmayan, heç bir istehsal müəssisəsi olmayan, hər şeyi xaricdən dilənərək yardım kimi alan bir ölkədə hansı yerli hərbi sənayedən söhbət gedir. Təbii ki, bu blefdir və ictimaiyyəti növbəti dəfə aldatmaq, onlara müəyyən qədər ümid verməkdir. Amma unudulur ki, sakinlərini aldadan, yalana üstünlük verən hakimiyyətlərin ömrü uzun olmur və onlardan qələbə yox, məğlubiyyət iyisi gəlir.

Mənbə
ANS PRESS