Ölkə

"Erməni idmançıların Avropa Oyunlarında iştirakı yaxşı xəbərdir"- Uorlik

Metbuat.az

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan idmançılarının Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakı barədə qərara münasibət bildirib. APA-nın məlumatına görə, C. Uorlik özünün “Twitter” səhifəsində bunu müsbət qiymətləndirib: “ Ermənistan idmançılarının Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakı yaxşı xəbərdir. Ümid edirəm ki, Azərbaycan tərəfi də bu qərarı dəstəkləyəcək”.