Dünya

Erməni hərbçi biz tərəfə keçdi

Metbuat.az

Ermənistan ordusunun hərbi xidmətçisi Andranik Araratoviç Qriqoryan Azərbaycan tərəfinə keçib.



ANS PRESS-in məlumatına görə, 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərən Azərbaycan əsgərlərinə təslim olub.



Hadisə bu gün günorta saatlarında baş verib.



Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirib ki, bu, ermənilər arasında yaranmış gərginlik, qorxu və panika hissi ilə bağlıdır.



Müdafiə Nazirliyi tərəfindən əlavə rəsmi məlumat veriləcək.

Mənbə
ANS PRESS