Dünya

Erməni güləşçilərin Avropa Oyunlarında iştirakı sual altındadır - federasiya "yox", nazir "hə" deyir

Metbuat.az

Azərbaycan, Bakı, 6 mart /Trend/

Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinədir.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin Oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab edib.

Məlumata görə, federasiya qərarını yaxın vaxtlarda İdman Nazirliyinə və Olimpiya Komitəsinə açıqlayacaq.

Eyni zamanda, Ermənistanın idman naziri Qabriel Kazaryan bildirib ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər: "Biz Oyunlarda iştirak etməliyik. Bu mənim subyektiv fikrimdir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az