Dünya

Erməni ailəni qətlə yetirən rus əsgərin məhkəməsi Ermənistanda keçiriləcək

Metbuat.az

"Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeri Permyakovun məhkəməsi Ermənistanda ərazisində keçiriləcək".

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Oleq Lebedev bildirib.
 
O deyib ki, Ermənistan xalqının istədiyi kimi, məhkəmənin Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin üzvlərini amansızcasına qətlə yetirib.

Milli.Az