Dünya

Əri boğaz xərçəngi olan müğənni hislərini cilovlaya bilmədi

Metbuat.az
Uzun müddətdir ki, səhnə fəaliyyətinə fasilə verən Selin Dion dünən "Good Morning America"proqramının qonağı olub
Publika.az

xarici mətbuata istinadən xəbər verir ki,

Selin Dion

verilişdə göz yaşlarını saxlaya bilməyib.


 


Xatırladaq ki, dünya şöhrətli ifaçının həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir. Müğənni 73 yaşlı həyat yoldaşı

Rene Angelil

in boğaz xərçəngi olduğu üçün yemək yemədiyini bildirib.


 


46 yaşlı ulduz verilişdə "Yemək yeyə bilmədiyi üçün yeməklərini borucuq vasitəsilə yedirirəm. Xüsusi qidalanma qurğusu var. Onu gündə üç dəfə qidalandırıram"  deyib. Daha sonra isə gözləri dolan ifaçı hisslərinə hakim ola bilməyib hönkür-hönkür ağlayıb.



Milli.Az