Dünya

"Ergenekon işi"nə görə axtarışda olan şəxs Türkiyəyə qayıdıb

Metbuat.az

Türkiyədə “Ergenekon davası” kimi tanınan cinayət işi üzrə təqsirləndirilən və barəsində axtarış elan olunan Yedditəpə Universitetinin qurucusu

Bədrəddin Dalan

İstanbula qayıdıb.



APA

-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, B.Dalan barəsində həbs qərarının ləğvindən sonra mümkün olub.



O, “Lufthansa Hava Yolları”na aid təyyarə ilə Frankfurtdan İstanbula gəlib. Atatürk Hava Limanında onu yaxınları qarşılayıblar.



Milli.Az