Digər

“Ergenekon”çunun evini yaran azərbaycanlı tutuldu

Metbuat.az

“Ergenekon”la bağlı cinayət işi üzrə təqsirləndirilən İstanbul Universitetinin keçmiş rektoru Kamal Ələmdaroğlunun evi yarılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sabiq rektorun mənzilindən oğurluq edən şəxsin 15 gün əvvəl onun evinə xidmətçi kimi işə düzələn Türkmənistan vətəndaşı Nəsimə Hudaybergenova olduğu bildirilir. Qadın evdən xeyli pul, qızıl-zinət və geyim əşyası oğurlayıb. Həmin qadın azərbaycanlı sevgilisi ilə birlikdə qaçmağa cəhd edərkən yaxalanıb.

Sevgililər həbs ediliblər, Nəsimə Hudaybergenovanın çantasından Ələmdaroğlunun evindən oğurladığı 900 YTL, 20 dollar, qızıl üzük, mavi qaşlı brilyant üzük, mirvari qaşlı qızıl yaxa sancağı, zümrüd və almaz qaşlı qızıl boyunbağı, daha bir neçə qiymətli qızıl-zinət əşyası, bahalı paltar tapılıb.

Qeyd edək ki, Kamal Ələmdaroğlu hazırda zaminə buraxılıb.