Dünya

Ərəblərdən qorxulu qərar

Metbuat.az

Ərəb ölkələrinin xarici işlər nazirləri Vahid Ərəb Ordusunun yaradaılması barədə qərara gəliblər.



ANS PRESS-in məlumatına görə, Vahid Ordunun yaradılmasının məqsədi xaricdən gələn təhlükələrə qarşı birlikdə hərbi müdaxilə edilməsidir.



Vahid Ərəb Ordusunun yaradaılması haqqında layihə xarici işlər nazirləri tərəfindən keçirilən görüşdə qəbul edilib.



"Terror və terror təşkilatlarının fəaliyyətləri ilə mücadilə üçün təcili hərbi müdaxilə etmək, sülhün qorunması üçün dəstək vermək, humanitar yardım və sivillərin təhlükəsizliyini təmin etmək üçün Ərəb ölkələri arasında qarşılıqlı işbirliyidir", - deyə Vahid Ordunun yaradılmasının məqsədi belə açıqlanır.



Layihə bu gün Səudiyyə Ərəbsitanın paytaxtı Riyadda keçiriləcək Ərəb Birliyinin sammitində səsverməyə çıxarılacaq.

Mənbə
ANS PRESS