Dünya

Ərdoğanın Putinə böyük iradı

Metbuat.az
Rusiya və Türkiyə prezidentləri arasında yarım saatlıq danışıq olub

Türkiyə prezidenti

Rəcəb Tayyib Ərdoğan

la rusiyalı həmkarı

Vladimir Putin

arasında telefon danışığı olub.



Anspress

-in məlumatına görə, Ərdoğanla Putin arasında dünən axşam baş tutan telefon danışığı yarım saat çəkib.



Danışıq zamanı Türkiyə və Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün iradələrinin olduğunu vurğulayan Ərdoğan və Putin Ukrayna böhranının həlli, qarşıdurmaların sona çatdırılması, Krım tatarları ilə əlaqədar problemlər və həll yolları haqqında fikir mübadiləsi aparıb.



Ərdoğanın martın 20-də Ukraynaya edəcəyi səfərin xatırlandığı danışıqda 1915-ci il hadisələrinə də toxunulub. Ərdoğan bu barədə Türkiyənin tarixi faktları araşdırılmasının tərəfdarı olduğuna diqqət çəkərək Ermənistanın sülh çağırışlarını əhəmiyyətsiz hesab etdiyini və ortaq tarix komissiya yaradılması təklifinə müsbət yanaşmadığını Putinin diqqətinə çatdırıb.



Qeyd edək ki, Putin aprelin 24-də Çanaqqalaya deyil, İrəvana gedəcək. Bu baxımdan Ərdoğanın qondarma erməni soyqırımı məsələsini Putinin diqqətinə çatdırması onun Rusiya prezidentinin İrəvan səfərinə diplomatik etirazı kimi qiymətləndirilməlidir.



Milli.Az