Dünya

Ərdoğandan İrana şok ittiham

Metbuat.az

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verib.



ANS PRESS-in məlumatına görə, "France 24" kanalına danışan Ərdoğan Yəməndə baş verənlərdə İranı günahlandırıb: "İran və terrorçu qruplar Yəməndən çəkilməlidir'.



Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini deyib.



Ərdoğan İranın İraqdakı rolu üçün belə deyib: "İran Mosulda İŞİD-in yerini almamalıdır".



Kürd probleminin həlli ilə bağlı sualı cavablandıran Türkiyə prezidentini Şimali İrlandiya da oduğu kimi PKK ilə qarşıdurmalara getməyəcəklərini bildirib.

Mənbə
ANS PRESS