Dünya
Ərdoğan Türk dünyasını Novruz Bayramını münasibətilə təbrik edib
Bakı. 21 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasını Novruz Bayramını münasibətilə təbrik edib. "Report"un TRT telekanalına istinadən verdiyi xəbərə görə, "21 Mart Dünya Novruz Günü" münasibətilə xüsusi bəyanatla ilə çıxış edən R.T.Ərdoğan, "geniş coğrafiyada min illərdir qeyd olunan ümumi Novruz bayramını "birliyin, bərabərliyin, qardaşlığın rəmzi" olaraq xarakterizə edib.
Türkiyə dövlət başçısı, Birləşmiş Millətlər Təşkilatının qərarı 2010-ci ildən etibarən ilə bütün dünyada qeyd edilən bu bayramın bəşəriyyətə sülh və əminamanlıq bəxş etməsini arzu edib.
“Ümud edirəm ki, Novruz yeni bir dövrə vəsilə olacaq”, deyə R.T.Ərdoğan vurğulayıb.