Digər
Milli.Az
Ərdoğan: "Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik"
"Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik".
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanbu gün Qarsda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib: “Bizim üçün Qarsdakı, İğdırdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur”.
R.T.Ərdoğan bildirib ki, Türkiyə heç bir dövlətlə düşmənçilik etmək niyyətində deyil: “Türkiyə və Azərbaycan olaraq, hər zaman bir yerdə olacağıq”.
Milli.Az