Dünya

Ərdoğan polis rejimi yaradır?

Metbuat.az

Türkiyə Böyük Millət Məclisi polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə artıran qanun layihəsini qəbul edib.



ANS PRESS-in məlumatına görə, sənəd səlahiyyət siyahısını genişləndirir, hansı ki, türk hüquq-mühafizə keşikçilərinə odlu silahı tətbiq edə biləcəklər. Bundan başqa, polis məhkəmənin sanksiyası olmadan 48 saatda şübhəli şəxsləri saxlaya biləcək və həbs haqqında əmr verəcəklər. İndiyədək həbs barədə vermək ixtiyarına yalnız prokurorlar, hakimlər və yerli qubernatorlar sahib idi.



Qanun layihəsi müxalifətin nümayəndələri tərəfindən sərt tənqidə məruz qalıb. Onların sözlərinə görə, bu, avtoritarizmə doğru növbəti addımdır, həmçinin türk-kürd danışıq prosesinə zərbədir. Səsverməni baykot etmək cəhdlərinə, parlamentdə dava düşməsinə baxmayaraq, qanun qəbul edilib.



Müxalifət deputatları sənədlə bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəyinə söz veriblər.



Xatırladaq ki, Türkiyədə 2013-cü ildə kütləvi etiraz aksiyaları keçirilib. İştirakçılar o vaxtkı baş nazir Rəcəb Tayyip Ərdoğana qarşı çıxırdılar və onu avtoritarizmdə və öz ideologiyasını yaymaqda gunahlandırırdılar. Nümayişlərin dağıdılmasında xüsusi təyinatlı polis dəstəsi və jandar qüvvələri iştirak edib. Hakimiyyət bir sıra güzəştə qərar verdikdən iki həftə sonra etiraz dalğası azalmağa başlayıb. Etirazlara səbəb İstambuldakı Gəzi parkı hadisələri olub.



Mənbə
ANS PRESS