Dünya

Ərdoğan Azərbaycan şeiri oxudu

Metbuat.az

Rəcəb Tayyib Ərdoğan Qarsda Heydər Əliyev adına liseyin açılışında xalq şairi Bəxtiyar Vahabzadənin şeirini oxuyub.



ANS PRESS-in məlumatına görə, Azərbaycan-Türkiyə münasibətlərindən və Novruz bayramından danışan Türkiyə prezidenti insanlara hisslərini şeirlə çatdırıb:



"Bir ananın iki oğlu,


bir amalın iki qolu.


O da ulus, bu da ulus,


Azərbaycan, Türkiyə



Dinimiz bir, dilimiz bir


Ayımız bir, ilimiz bir


Eşqimiz bir, yolumuz bir


Azərbaycan, Türkiyə".



Ərdoğan həmçinin qeyd edib ki, Anadoludakı vətəndaşlar Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarının acısını ürəklərində hiss edir: "Bizim üçün İzmir, Ankara, Antalya, Trabzon nədirsə Bakı, Tiflis, Batum da odur", - deyə prezident söyləyib.

Mənbə
ANS PRESS