Dünya

Ərdoğan artıq Ukraynadadır

Metbuat.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.



ANS PRESS-in məlumatına görə, bu barədə Poroşenko rəsmi twitter səhifəsində yazıb.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib görüş keçirirəm", - deyə prezident bildirib.



Qeyd edək ki, bundan əvvəl bildirilirdi ki, Ərdoğan Ukraynaya rəsmi səfər edəcək. Prezident Ukrayna-Türkiyə yüksək əməkdaşlıq Şuarının 4-cü iclasında iştirak etməyi planlaşdırıb.



Türkiyə prezidentinin Ukrayna baş naziri Arseni Yatsenyuk ilə görüşü də nəzərdə tutulub.

Mənbə
ANS PRESS