Ölkə

Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunub

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 500-700 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

AZƏRTAC

-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 140-190, Kiçik Qafqazın çaylarında 70-120, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.


Martın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də aşağı axınındakı məntəqələrdə suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməyib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə 25 sm azalma qeydə alınıb.