Ölkə

Əmmanda Azərbaycan diasporunun fəal qadınlarının iştirakı ilə 8 mart bayramı qeyd edilib

Metbuat.az

Əmman, 7 mart,

AZƏRTAC

Əmmanda İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin azərbaycanlı qadınlar komitəsinin təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.


Diasporumuzun fəal qadınlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın İordaniyadakı səfirinin həyat yoldaşı Səmayə Ağabəyova Azərbaycan qadınının əsrlər boyu milli ənənələrin qoruyucusu, sülh və əmin-amanlıq carçısı olduğunu söyləyib.


İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin azərbaycanlı qadınlar komitəsinin sədri Zümrüd Dadaşova Azərbaycan qadınlarının cəmiyyətdə və diasporun həyatında rolundan danışıb.


Tədbir iştirakçıları Azərbaycanın ictimai-siyasi, mədəni həyatında qadınların rolunu qeyd edib, xaricdə yaşayan azərbaycanlıların öz dilinə, tarixinə, adət-ənənələrinə daha çox bağlılığının vacibliyini vurğulayıblar.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman