Digər

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşları qəbul edəcək

Metbuat.az

[ 11 Mart 2015 16:08 ]



Saatlı. Əlibəy Zeynallı - APA. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbul martın 13-də, saat 11:00-da Saatlı Gənclər Mərkəzində keçiriləcək.

Qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər. Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan 13 saylı ərazi idarəsi: (02121) 57766, (02121) 55245, (02123) 56247