Şou

Elnarənin Türkiyədə konserti olacaq - FOTO

Metbuat.az

Milli.Az xəbər verir ki, müğənni

Elnarə Xəlilova

Türkiyədə məşhur Enbe Orkestri ilə konserti verəcək. TRT Avaz  telekanalının təşkil etdiyi musiqi axşamı Novruz bayramı münasibəti ilədir. 



İki saat davam edəcək konsert  martın 21-də TRT Avaz telekanalı ilə canlı yayımlanacaq. Elnarənin konsert repertuarı xalq və klassik Azərbaycan mahnıları üzərində qurulub.



Qeyd edək ki, E. Xəlilova səhnəni Türkiyənin ustad sənətçisi

Kubat

la bölüşəcək. Konsertdə Kubatla Elnarənin tamaşaçılar üçün sürprizi gözlənilir.



Milli.Az