Ölkə
Elmi şuranın iclasında Dövlət Proqramının icrası ilə bağlı vəzifələr müzakirə edilib
Bakı, 4 mart,
AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində (EİM) elmi şuranın növbəti iclası keçirilib.
EİM-dən
AZƏRTAC-a bildiriblər ki, iclasda Elmi İnnovasiyalar Mərkəzinin “Azərbaycan Respublikasında sənayenin inkişafına dair “2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn vəzifələri müzakirə edilib.
Tədbirlər planının işlənib hazırlanmasına dair qərar qəbul olunub.