Digər
Mənbə
ANS-TV
Elman Rüstəmov- daha 5 il
Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti 5 ildə də bu vəzifəni icra edə bilər.
ANS TV-nin məlumatına görə, belə ki, aprelin 3-də Milli Məclisdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin səlahiyyət müddəti başa çatan üzvlərinin təyinatı olacaq. Bunlar Elman Rüstəmovla Xaqani Abdullayevdir.
Milli Məclis onların təyinatını təsdiqləsə növbəti 5 ildə də bu səlahiyyətə sahib olacaqlar.
İdarə Heyətinin üzvləri müəyyən olunduqdan sonra isə ölkə prezidenti onlar arasından sədri təyin edəcək.
Mənbə
ANS-TV