Digər

Eldar İbrahimov "Şərəf" ordeni ilə təltif edildi

Metbuat.az

Azərbaycan Respublikasının Prezidenti E.R.İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.



Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:



"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:



Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilsin".



Milli.Az